Sürprizim var Haqqında

Salam, Sürprizlər aləminə xoş gəldiniz :)

Bura həqiqətəndə bir aləmdir, həm də sürprizli aləm. 2014 cü il Fevral ayında ideya olaraq hazırlanan "Sürprizim var"ı 30 iyun 2014-cü ildə ictimaiyyətə açıq elan etdik. İlk sürprizimizi şəhər əhalisinə etməklə başlayıb, bu günə qədər müştərilərimiz üçün doğum günü, evlilik təklifi, party, seminar, açılış bağlanış mərasimləri, forumlarda fərqli xidmətlər göstərməyə davam edirik. Burada şərtlər çox sadədir. Siz sürpriz hazırlamaq istəyirsiniz amma ideyanız yoxdur. - Biz sizin zövqünüzə uyğun gözəl ideyalar təklif edirik. Sizin ideyanız var reallaşdırmaq üçün dəstək lazımdır. - Biz bunu canla-başla sizin üçün edirik. Evlənmə təklifi etmək istəyirsiniz. -Sizin üçün ssenari yazıb, plan qurub işə başlayırıq. Ad günü qeyd etmək istəyirsiniz məkan axtarmağa, maraqlı dizayn etməyə vaxtınız yoxdur. - Bizim komanda bu işi sevərək görəcəkdir. Toyunuzun dekoru ilə məşğul olmaq sizin üçün çətindir, amma sizi heyran qoyacaq bir dekor olmasını arzulayırsınız. - Bizim komandada əl qabiliyyətinə heyran qalacağınız insanlar var. Dostlarınızla, iş yoldaşlarınızla əylənmək istəyirsiniz, sizə party lazımdır. - Buyurun gəlin detallarını danışaq. Şirkət daxili tədbirlərinizi, açılış, bağlanış mərasimlərinizi də təşkil edirik. Sizin də anladığınız kimi yuxarıda sadaladıqlarımız bizim xidmət sahələrimizdir. Bu sahələrin hər biri üzrə təcrübə sahibi olaraq, eyni zamanda bu işi sevərək görməyimiz sizi də razı salacaqdır. Sizin razı qalmağınız bizim üçün önəmli şərtdir. Sizi də xidmətlərimizdən yararlanmağa, bizimlə birlikdə iş birliyinə dəvət edirik.

Hörmətlə: "Sürprizim var" komandası

Xidmətlər

Zövqünüzə oxşayacaq xidmətlərlə hər zaman sizinləyik

Xidmətlərə qayıt

Xidmətlərə qayıt

Evlilik təklifi

Romantik şam yeməyi

Kreativ sürprizlər

Bir qutu sürpriz

Açıq hava tədbirləri

Sürprizim varın pozitiv təsiri

Sürprizim var fərqli düşüncələriylə sizlərə, pozitiv təsirini bağışlaylır

Sizi daha xoşbəxt edir

Hisslərinizlə hərəkət edir, sizi olmaq istədyiniz aləmə yalnız xoş sürprizlər fonunda aparır

Sizin münasibətinizi daha möhkəm edir

Sevgi yalnız sözlərlə deyil həm də əməllərlə ifadə olunur.

Ömür boyu unutmayacağınız xoş xatirələr yaşadır

Bir neçə saat siz və dəyərliləriniz, bu anlar hər zaman təkrarlanmır.. Dadını çıxarın

Zaman, enerji və stressdən azad edir

Sizin yerinizə düşünür, hazırlayır, həyata keçirir və üstəlik sizə də əsl sürprizi yaşadır

Əməkdaşlıqlarımız

Biz birlikdə çalışırıq

Nailiyyətlər

Uğurla atdığımız addımlarla

600+ Bizi seçənlər
33000+ Bizi izləyənlər
300+ Reallaşan ideyalarımız
350+ Tədbirlərimiz

Bu günə qədərki işlərimizdən

Bizə yazın

Ən qısa zamanda sizinlə əlaqə saxlayacağıq

Sualınızı bizə bildirin

Ünvan


Bakı
Azərbaycan

  • office@surprizimvar.az
  • +994 70 314 11 14